banner
banner

Gündəm

Cahangir Hacıyevin səhhəti yenidən pisləşdi

Cahangir Hacıyevin səhhəti yenidən pisləşdi
Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin həbsdə olan sabiq sədri, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Cahangir Hacıyevin səhhəti yenidən pisləşib. Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layıcov məlumat verib.
Vəkil bildirib ki, dünən yenidən C.Hacıyevlə görüşüb: "Səhhəti normal deyil. Onun səhhəti dünən yenidən pisləşib. Həkimlər Cahangir Hacıyevə ilkin yardım göstəriblər. Mütəmadi olaraq ailəsi tərəfindən dərman preparatları ilə təmin olunur. Onun demək olar ki, hər gün vəziyyəti pisləşir".
Xatırladaq ki, Cahangir Hacıyevdə ürək-damar (aorta) genişlənməsi, fəqərələrarası yırtıqlar və yüksək qan təzyiqi var.
 
Qeyd edək ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.