"Azərbaycanlılar hərbçilərimizi məhv edə bilərlər" ERMƏNİ KƏŞFİYYATÇIDAN ETİRAF
“Taktiki nöqteyi-nəzərdən onlar (azərbaycanlılar-red.) onlarla hərbçimizi məhv edə bilərlər”.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Yerevanda keçirilən mətbuat konfransında keçmiş kəşfiyyatçı Vova Vardanov deyib. O bildirib ki, aprel döyüşlərindən sonra Azərbaycan ordusu artıq erməni mövqelərini açıq-aydın müşahidə edə bilir.
“Müzakirə olunan həmin 700-800 hektar ərazi səngərlər arasındakı neytral xətdir. Əlbəttə ki, bu, vacib ərazidir. Bir mövqe böyük strateji əhəmiyyətə malik deyil, lakin böyük taktiki və operativ önəm daşıyır. Çünki artıq qarşı tərəf Talış kəndi istiqamətində mövqelərimizi görə bilir”, - deyə o vurğulayıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.