banner
banner

Hərbİ

Zakir Həsənovun İspaniya səfəri davam edir

Zakir Həsənovun İspaniya səfəri davam edir

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində mayın 25-də bu ölkənin Silahlı Qüvvələri tərkibində fəaliyyət göstərən UME birləşməsini və "İndra sistemləri" şirkətini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən vbirtualaz.org-a verilən məlumata görə, müdafiə naziri UME-nın fəaliyyətini əks etdirən təqdimatı izləyib və Məlumat Mərkəzi ilə tanış olub. Bildirilib ki, bu mərkəzə İspaniya və dünyada baş verən böhran hadisələri haqqında məlumat daxil olur və fəaliyyətlər barədə məlumatlar buradan izlənilir.

Azərbaycan nümayəndə heyəti Madriddə fəaliyyət göstərən "İndra sistemləri" şirkətində də olub. Məlumat verilib ki, "İndra sistemləri" müxtəlif sahələr üzrə texnoloji həllər təklif edən şirkət olaraq nəqliyyat, daşımalar, energetika, istehsal, dövlət qurumları, maliyyə, təhlükəsizlik və müdafiə, kütləvi informasiya vasitələri istiqamətində fəaliyyət göstərir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.