“Leyla anadan olanda mənim 19 yaşım var idi. Gənc yaşda analığın mənə bəxş etdiyi bu xoşbəxtliyi heç vaxt unutmaram". Bu sözlər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məxsusdur. “Baku” jurnalında dərc olunan məqalənin bir qismi dövlət başçısının kiçik qızı Arzu Əliyevanın sosial şəbəkədəki səhifəsidə yer alıb.
Birinci xanım övladları haqqında danışıb.
"Həyatımda ən vacib, ən önəmli yeri övladlarım tutur . Mən 3 uşaq anasıyam və onların həyatına aid olan hər şey – uğurları, nailiyyətləri, problemləri, həyəcanları mənə doğmadır. Mənim üçün Heydərin üzgüçülük məşqlərində yüz metr məsafəni qət etməsi, Arzunun imtahanlarını uğurla verib, magistraturaya qəbul olunması, Leylanın isə aktiv şəkildə ictimai fəaliyyətlə məşğul olması eyni dərəcədə əhəmiyyətlidir.
Onların problemlərini mənimlə bölüşməsi və müxtəlif vəziyyətlərə düşəndə məsləhət üçün müraciət etmələri mənə xoşdur. Ancaq mən heç vaxt öz fikirlərimi onlara təlqin etmirəm. Onların şəxsi mövqelərinə hörmətlə yanaşıram, seçim hüququ verməyə çalışıram. Mənim sərhədsiz sevgimə rəğmən, bu, onların həyatıdır və onlar bu həyatı sərbəst şəkildə qurmalıdırlar”.//Anspress
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.