Vitiligo adlı nadir dəri xəstəliyi olan 21 yaşlı model Vinnio Herlou geyimi ilə yenə göz qamaşdırıb. Fotokamera önünə keçən model dəri xəstəliyinə görə heç bir kompleks hiss etmədən poz verib. Qeyd edək ki, bu günlərdə Beyonsun klipində çəkilən model yenidən gündəmə gəlib. Mətbuat yazır ki, Beyons klipində Herlounun çəkilməsini o qədər istəyib ki, onunla birbaşa özü əlaqə saxlayaraq, görüşüb. Model Beyonsa qadınlara örnək olduğu və dəstək göstərdiyi üçün təşəkkürünü bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.