banner
banner

Gündəm

“200” seriyalı lüks avtomobillər: Naxçıvanlı oliqarxın oğlu və qardaşı uşaqlarının oyuncaqları... -FOTOLAR

“200” seriyalı lüks avtomobillər:
Bakı küçələrində sakinlərin böyük marağına səbəb olan və həvəskar kamera ilə lentə alınan bahalı avtomobillərin kimə məxsus olduğu məlum oldu. 
Həmin lüks avtomobillər naxçıvanlı oliqarx “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axunovun oğluna və ailə üzvlərinə məxsusdur.
Musavat.com-un apardığı araşdırma nəticəsində “200” seriyalı, dəyəri yüz minlərlə dollarla ölçülən lüks avtomobillərin naxçıvanlı oliqarxın oğlu və qardaşlarının övladlarına məxsus olduğu üzə çıxıb.
Naxçıvanlı oliqarxın oğlu Allahverdi Axundov və qardaşı uşaqları öz instagram səhifələrində “200” seriyalı avtomobillərini böyük maraqla nümayiş etdirirlər. Avtomobil kolleksiyası arasında qiyməti 650 min dolardan baha olan “Lamborghini Aventador”, 350 min dollar dəyəri olan “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” kimi bir çox markaların lüks modelləri yer alır.
İstagram səhifələrində Axundovlar ailəsinin üzvləri bahalı avtomobilləri ilə yanaşı lüks həyat tərzlərini də nümyiş etdirirlər. Diqqət çəkən məqamlardan biri isə onların İstagram səhifəsində minlərlə izləyicilərinin olmasıdır. Bu avtomobilləri almağı xəyal belə edə bilməyən şəxslər oliqarx övladlarının həyatını izləməklə necə deyərlər, “gözlərinin qurdunu” öldürürlər.
Xatırladaq ki, “Şərurlu İsfəndiyar”ın oğlu Allahverdi bir müddət əvvəl universitetə 650 min dollarlıq “Lamborghini Aventador” ilə gedərkən görüntülənmişdi. Bundan sonra iş adamı mətbuata açıqlamasında xəbəri təkzib etsə də, daha sonra jurnalistlərə qəzəblənərək, “lap elə vertolyotum da var” demişdi.
Naxçıvanlı oliqarxın oğlu bir daha öz avtomobil kolleksiyası ilə gündəmə gəlib. Bu dəfə oliqarx oğlu tək yox, qardaşı və əmisi oğulları ilə birlikdə...
Axundovlar öz isntagram səhifələrində 10 VK 200, 10 VV 200, 10 UU 200, 10 EA 200, 10 DR 200, 10 OX 200, 10 OV 200, 10 LN 200, 10 KO 200, 10 VO 200 dövlət nömrə nişanlı avtomobillərinin paylaşıblar.
“200” seriyalı avtomobilləri paylaşanların hər biri soyadını Axundov olaraq qeyd edib.  Axundovlar ailəsinin toy mərasimlərində “200” seriyalı avtomobillərin kartejini də görmək mümkündür. Axundovlar ailəsinin gənc üzvləri lüks avtomobilləri ilə fotolarını əsasən paytaxtın zənginlər toplaşan məkanlarında, restoranlarda, dəbdəbəli villaların qarşısında çəkdirirlər.
Qeyd edək ki, “Şərurlu İsfəndiyar”ın adı mətbuatda daim qalmaqallar da hallanıb. Bakıda tikinti sektorunda geniş paya sahib olan Axundovun şirkətlərində dəfələrlə sakinlərə məxsus mənzillərin bir neçə nəfərə satılması, alqı-satqı işləri zamanı vətəndaşalrın aldadılması məsələsi gündəmə gəlib.
 
Oxucular üçün də maraqlı olduğunu düşünürək Axundovların lüks avtomobillərinin fotolarını təqdim edirik:
  
 












Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.