banner
banner

Gündəm

Mübariz Mənsimov "Xəzər Lənkəran"ı bağladı YENİLƏNİB

Mübariz Mənsimov "Xəzər Lənkəran"ı bağladı

“Xəzər Lənkəran” Futbol Klubunda fəxri prezident Mübariz Mənsimovun başçılığı ilə iclas keçirilib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Lənkəran təmsilçisinin fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilib.

Yekunda qərara alınıb ki, “Xəzər Lənkəran” Futbol Klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın.

*   *   *12:30

"Xəzər Lənkəran" futbol klubunun taleyinə mayın 30-da aydınlıq gələcək. Klubdan verilən məlumata görə, bazar ertəsi keçiriləcək daxili toplantıda komandanın gələcək fəaliyyəti müzakirə olunacaq.

2015-2016 mövsümünün yekunlarına əsasən, "ağ-yaşıllar"ın Azərbaycan Premyer Liqasında 10 komanda arasında sonuncu yeri tutublar. Reqlamentə əsasən, bu halda klub növbəti mövsüm I Divizionda mübarizə aparmalıdır. Üstəlik, AFFA Lisenziya Komissiyası "Xəzər Lənkəran"a Premyer Liqada iştirak üçün lisenziya verməyib. Klub sənədlərindəki çatışmazlıqları mayın 30-dək aradan qaldırmalıdır.

Klubdan bildirilib ki, iclasda komandanın Premyer Liqada iştirak üçün lisenziya sənədlərini AFFA-ya təqdim etmə və ya fəaliyyətini dayandırma qərarını verəcəyi gözlənilir.(report.az)

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.