banner
banner

Hərbİ

ANAMA: 23 partlayış yerinə baxış keçirilib

ANAMA: 23 partlayış yerinə baxış keçirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Ağcabədi və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan Cia.az-a verilən məlumata görə, mayın 27-də 3 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 23 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (3 ədəd "Qrad" raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 41 175 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 2 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 7 500 kv.m ərazi yoxlanılıb.

Şıxarx kəndi - 2 ev və həyətyanı sahədə 11 partlayış yerinə baxış keçirilib, 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 18 000 kv.m ərazi yoxlanılıb (DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatı).

Ağcabədi rayonu

Yuxarı Qiyaməddinli kəndi - 1 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunaraq götürülüb, nəticə etibarilə 15 000 kv.m ərazi yoxlanılıb (DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatı).

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 675 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 27 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 531 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 464 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.