Xəbər verdiyimiz kimi, mayın 28-i İspaniyada Silahlı Qüvvələr Günü münasibətlə təşkil olunmuş təntənəli paradı İspaniya Kralı VI Felipe, Müdafiə naziri Pedro Morenes, daxili işlər naziri Xorxe Fernandes Dias və digər rəsmi şəxslərlə yanaşı, bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov da izləyib.
Cia.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, İspaniya ordusunun müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən mərasimdən sonra kral VI Felipe müdafiə naziri Pedro Morenezin dəvəti ilə parada qatılan Z. Həsənovla görüşüb.
Görüş zamanı nazir Z. Həsənov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin salamlarını Krala çatdırıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.