Krımda tatar qadın zorlanaraq öldürülüb. Bu barədə özünün facebook səhifəsində Krım Tatarları Məclisinin sədri Rüfət Çubarov məlumat verib.
Çubarovun sözlərinə görə, Krımın İslam-Terek rayonunun İzyumovka kəndinin sakini Möminə Əliyeva adlı qadın Köhnə Krım (Starıy Krım) adlı ərazidə zorlanaraq öldürülüb. Qadının qardaşlarının sayəsində cinyatkarların izi tapılıb və onlar həbs olunublar.
Qeyd edək ki, bu, Krımın işğalından sonra yerli türk-tatarlara qarşı törədilən ilk cinayət deyil. Krım saxta referendumla Rusiya Federasiyasına birləşdirildikdən sonra yerli türk-tatarlar siyasi, sosial və etnik zəmində tez-tez təqiblərə məruz qalırlar. Krım tatarlarının siyasi təşkilatı sayılan Məclis isə Rusiya hakimiyyət orqanları tərəfindən ləğv edilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.