Maykl Ceksonun malikanəsi satışa çıxarıldı - fotolar
Popun kralı Maykl Ceksonun Las-Veqasdakı dəbdəbəli malikanəsi satışa çıxarılıb.
Dünya şöhrətli musiqiçi, 2009-ci ilə qədər uşaqları ilə birlikdə mətbuatdan qaçmaq üçün buranı icarəyə götürmüşdü. "Thriller Villa" adı ilə tanınan malikanə, təxminən 7 hektar sahə üzərində qurulub. 2300 kvadratmetrlik yaşayış sahəsi olan dəbdəbəli evi gəzib bitirmək olmur.
Ceksonun ölümündən sonra ev sahibi son kirayəşinin dekorasiyasını dəyişdiyi evi olduğu kimi qorumağa davam edir. 7 yataq otağı, 12 hamamı olan malikanə qala formasında inşa edilib. Evin aşağı qatında sənət qalereyası, eyni zamanda orta əsrlər arxitekturasına görə nizamlanmış kilsə mövcuddur. Bu malikanə əslində 1950-ci ildə teatr sahibi Horst Şmidt tərəfindən Meksikada inşa edilmiş və orijinallığı pozulmadan, kərpic-kərpic Las-Veqasa daşınmışdır. Malikanəyə nəqliyyat üçün gizli keçid mövcuddur. Maykl Çekson paparassilərin hədəfinə düşməmək üçün həmin gizli keçiddən istifadə edirmiş.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.