banner
banner

Hərbİ

Ermənistanda 4 günlük müharibəyə görə həbslər- SON DƏQİQƏ

Ermənistanda 4 günlük müharibəyə görə həbslər-

Ermənistan İstintaq Komitəsi Müdafiə Nazirliyinin rəhbərliyində həbslər barədə məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, məlumata əsasən bəzi yüksək vəzifəli hərbçilər ötən axşam həbs edilib. “Rəsmən təsdiq edirəm ki, mayın 30-da axşam general Mels Çilingəryan, polkovniklər Mqer Papyan və Armen Marqaryan həbs olunublar. Həbslər iki müxtəlif cinayət işinin istintaqı çərçivəsində həyata keçirilib. Söhbət aşağı keyfiyyətli malların alınması, bəzi hallarda şişirdilmiş qiymətə alınması faktları ilə bağlı qaldırılmış cinayət işlərindən gedir”-İstintaq Komitəsinin rəsmisi Sona Tuzyan bildirib.

Xatırladaq ki, general Mels Çilingəryan Ermənistan Müdafiə Nazirliyinin silah idarəsinin rəisi olub. O, bir neçə gün əvvəl işdən azad edilmişdi. Mayın 18-də isə Müdafiə Nazirliyinin avtomobil xidmətinin rəisi, polkovnik David Abramyan həbs olunub. Habelə aprelin sonlarında Ermənistan Müdafiə Nazirliyinin üç generalı işdən qovulub.

Müdafiə Nazirliyinin rəhbərliyində bu işdən qovulmalar və həbslər aprelin əvvəllərində Qarabağa gedən 4 günlük hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun verdiyi itkilər, habelə ordunun təchizatı ilə bağlı üzə çıxan acınacaqlı vəziyyətlə bağlıdır.

Habelə bu hərbi əməliyyatlar zamanı qaçıb gizlənən, ancaq döyüşlər dayanandan sonra üzə çıxan erməni polkovnik, Mataqik polkunun komandiri Arutyun Əmirxanyan işdən azad edilib. O, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Yuri Xaçaturovun qohumudur.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.