Zakir Həsənov Ərdoğanla birgə hərbi təlimdə- FOTOLAR
İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsi "Doğanbey" poliqonunda baş tutub.
Cia.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, yüksək səviyyəli qonaqlar qismində təlimləri izləmək üçün Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.
Sonra Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak təlim haqqında qısa məlumatla çıxış edib.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov yüksək səviyyəli müşahidəçilərlə birgə təlimi izləyib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.