Bakıda bəzi avtobusların marşrutu dəyişdiriləcək VİDEO
"Formula-1" yarışlarının keçiriləcəyi günlərdə Bakıda bəzi avtobusların marşrutu dəyişdiriləcək. Bakının mərkəzi küçələrində fasiləsiz hərəkəti təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən trekin yaxınlığından keçən avtobuslar 20 saat xidmət göstərəcək. 5, 53 və 65 saylı xətt üzrə hərəkət edən avtobusların hərəkət istiqaməti və intervalı dəyişəcək.
Xezerxeber.com bildirir ki, 5 nömrəli xətt Nizami küçəsinədək, 53 nömrəli Bakı Əl Oyunları Sarayınadək, 65 nömrəli marşrutun avtobusları isə Azərbaycan prospektinədək hərəkət edəcək.
Trekə 5 nömrəli avtobusla getmək istəyənlər Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində, 53 nömrəli avtobus vasitəsilə Bakı Əl Oyunları Sarayının qarşısında, 65 nömrəli avtobusla gedənlər isə Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək tribunaya qədər piyada getməlidirlər.
Bu stansiyalarda gecə saat 2-dək girişə icazə veriləcək. Digərlərində isə 12-dək giriş, 2-dək çıxış mümkün olacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.