"Mıss Turkey-2011" gözəli Melisa Aslı Pamukun ona aşiq olduğu iddia edilən rəfiqəsi Elif Atbaşıyla başı dərddədir.
Bir müddət öncə prokurorluğa şikayət edən Melisa musiqiçi Elifin onun üzünə kislota atmaqla, ölümlə təhdid etdiyini bildirmişdi. Şikayətə baxan prokurorluq işi məhkəməyə göndərən zaman, təhdidlə üzləşən Türkiyə gözəli şikayətini geri götürmüşdü. Lakin Melisa yenidən Elif barəsində prokurorluğa şikayət edib. Bu dəfə o, rəfiqəsi olmuş E.Atbaşı tərəfindən şantaj edildiyini söyləyib. Bəlli olub ki, E.Atbaşı M.Aslı Pamukla əlaqə saxlayaraq, "Əlimdə seks görüntülərin var. Səni hər kəsə biabır edəcəyəm" deyə bildirib.
Lakin hakim qarşısına çıxan şübhəli Elif Melisanı təhdid etmədiyini söyləyib. Amma dinlənilən şahidlər Elifin yalan danışdığını bildirib. Məhkəmə Türkiyə gözəlinin xeyrinə başa çatıb. Elif Atbaşı Melisaya qarşı törətdiyi "təhdid" cinayətindən 6 ay, şantaja görə isə 3 ay 15 gün həbsə məhkum edilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.