Azərbaycanın Milli Ordusu cəmi bir neçə günə Ermənistanın işğal etdiyi əraziləri azad etməyə qadirdir, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov bildirib.
“Azərbaycanda bizdə böyük fəxarət hissi doğuran ordu formalaşdırılıb”, - deyə, o, Prezident yanında Gənclər Fondunun yaradılmasının üçilliyi münasibətilə keçirilən tədbirdə vurğulayıb, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
Ə.Həsənovun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmasına biganə yanaşmaqda davam edərsə, “əminəm ki, bir həftə, 10 gün ərzində Milli Ordu bütün işğal olunmuş Azərbaycan ərazilərini azad etməyə qadirdir”.
O həmçinin vurğulayıb ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi ölkənin inkişaf kursu, o cümlədən gənclər siyasəti xalqın maraqlarına əsaslanır.
“Gənclər siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətidir”, - deyə Ə.Həsənov vurğulayıb.
O, gənclər təşkilatları tərəfindən həyata keçirilən layihələri dəstəkləyən və maliyyələşdirən Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.