Talış istiqamətində insident: əsgər Xoren öldürüldü
Erməni işğalçı qüvvələrinin daha bir əsgərinin öldüyü açıqlanıb.
Cia.az xəbər verir ki, insident barədə qondarma “DQR müdafiə nazirliyi” məlumat yayıb. Məlumata əsasən erməni qüvvələrinin təmas xəttinin şimal-şərq istiqamətində (Talış kəndi istiqaməti) bu gün səhər saat 09.15-də 1997-ci ildə anadan olmuş hərbi qulluqçu Xoren Arutyunyan ölümcül yaralanıb. Atəşin kim tərəfindən açıldığı göstərilmir. Bundan əvvəl erməni tərəfi mayın 25-d təmas xəttinin həmin istiqamətində bir əsgərin başından vurularaq öldürüldüyünü açıqlamışdı.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.