banner
banner

Gündəm

Ərdoğan Almaniyaya Afrikadan cavab verdi

Ərdoğan Almaniyaya Afrikadan cavab verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Bundestaqının “erməni soyqırımı”nı tanıyan qətnaməni qəbul etməsinə hazırda səfərdə olduğu Afrika qitəsindən reaksiya verib.

Ərdoğan Keniyada  bu ölkə prezidenti ilə keçirdiyi brifinqdə səsvermənin nəticələrinin açıqlanmasından sonra baş nazir Bineli Yıldırımla telefon əlaqəsi saxladığını deyib. “Ortaq qənaətimiz belə oldu ki, səfirimizi məsləhətləşmələr üçün Ankaraya geri çağıraq. Almaniya parlamentinin qərarı ikitərəfli münasibətlərə ciddi təsir edəcək. Qayıdandan sonra bunları dəyərləndirəcəyik və cavab addımlarımızı müəyyən edəcəyik. Atmalı olduğumuz addımlar atılacaq, Almaniya parlamentində qəbul edilən mətn dəyərləndirləcək, ondan sonra ortaq qərar veriləcək”-Ərdoğan deyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.