Xəbər verdiyimiz kimi, iyunun 2-də Almaniya parlamenti Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını “soyqırımı” kimi tanıyan qətnaməni qəbul edib.
“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, prezident Serj Sarkisyan bu münasibətlə Almaniya dövlət başçısı Yoahim Qauk, kansler Angela Merkel və Bundestaqın nümayəndəsi Norbert Lammertuya təşəkkür teleqramı göndərib.
O, teleqramda bu məsələ ilə bağlı son sözlərini dilə gətirdikləri üçün onlara və Almaniyanın bütün siyasi və ictimai qüvvələrinə dərin minnətdarlığını bildirib.
Sarkisyan qətnamənin soyqırımların tanınması və qarşısının alınmasında xüsusi rol oynayacağını da ifadə edib.
“Bundestaqda erməni soyqırımının tanınması nəinki Ermənistan və erməni xalqı, həm də Almaniya və alman xalqı, bütün sivil xalqlar üçün tarixi addımdır. Bu qərar demokratiyanın, insani dəyərlərin və Almaniyanın bütün bu dəyərləri qorumasının simvoludur. Bu, yüz il öncə insanlığa qarşı törədilmiş cinayətin nəinki unudulduğunun, həm də onun mühakimə olunduğunun bütün dünyaya ismarıcıdır”, - deyə Sarkisyan qeyd edib.
Qeyd edək ki, Türkiyənin xəbərdarlığına rəğmən müzakirələrə çıxarılan sənəd "1915 və 1916-cı illərdə erməni və başqa xristian azlıqlarının soyqırımının xatırlanması və anımı” adlanır. Qətnamə Bundestaqda böyük səs çoxluğu ilə qəbul edilib.
Onu da xatırladaq ki, sənəd layihəsinin müəllifləri hakim koalisiya və müxalif Yaşıllar partiyasıdır.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.