Keçən iyirmi il ərzində Qarabağın Azərbaycana qaytarılması üçün yetərincə sənəd bazası yaradılıb.
ANS PRESS-in məlumatına görə, bu barədə erməni jurnalist Haykazn Qaqriyan bu gün yazdığı “Moskva Qarabağ məsələsini həll etdi” başlıqılı məqaləsində bildirir.
Onun fikrincə, Ermənistanın Avrasiya İttifaqına girməsindən sonra Qarabağın Azərbaycanın nəzarətinə qayıtmaqdan başqa yolu qalmayacaq. “İrəvanın ictimai-siyasi elitası artıq raha nəfəs alacaq - uzun illərdir ki, onlar Qarabağ məsələsindən yaxa qurtarmağa çalışırdılar və nəhayət buna nail oldular”, - deyə Qaqriyan vurğulayır.
Onun fikrincə, bu əhval ruhiyyəni ən yaxşı şəkildə Erməni Milli Konqerssinin üzvü Lüdmila Sarkisyan ifadə edir. “Qarabağı mümkün olan qədər tez verməliyik ki, Ermənistanın gələcək nəsilləri normal yaşaya bilsin və Avrasiya İttifaqına daxil olmaq bunun üçün yaxşı səbəbdir”, - deyə xanım siyasətçi erməni xalqına çağırış edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.