banner
banner

Gündəm

Qondarma ''DQR''-in paytaxtında ara qarışıb

Qondarma ''DQR''-in paytaxtında ara qarışıb
Qondarma "DQR"-də ictimai-siyasi situasiya gərginləşib. Müsavat.com-un erməni saytlarına istinadən verdiyi məlumata görə, bu gün Ermənistan və qondarma "DQR" rəhbərliyini tənqid edən və 2- 3 aprel döyüşləri barədə qalmaqallı açıqlamaları ilə gündəmə gələn “İjo” kod adlı  general Samvel Babayan Xankəndinə gəlib. 
 
Onu 1000- nəfərdən çox sayda tərəfdarı qarşılayıb. Daha sonra Samvel Babayanın tərəfdarları qondarma "DQR"- in qondarma “prezident” iqamətgahı ətrafına toplanıb və qondarma prezident Bako Saakyanla görüş tələb ediblər. 
 
Onlar Samvel Babayanın Qarabağ ordusunun komandanı təyn edilməsini tələb edirlər. Samvel Babayanın tərəfdarlandan Xanumyan adlı biri "Кавказскiy узeл" əməkdaşına deyib ki, mitinqçilər onlar Babayanın ordunun başına gətirilməsini tələb edirlər, Susanna adlı başqa bir mitinqçi əlavə edib: -“Çünki Dağlıq Qarabağ rəhbərliyi və komandanlığı öz vəzifələrini yerinə yetirmək iqtidarında deyil, bu səbəbdən aprel müharibəsi gedişində ərazilər verilb... Beş ildir ki, bu prezident bizi inandırırdı ki, biz güvəndəyik., lakin sonda bunun yalan  olduğu  məlum oldu. Biz tələb edirik ki, xalqıın aldadılmasına son qoyulsun, on xəttə təkcə sadə adamlar yox, məmurlar və onların övladları da getsinlər...”
   
Düşmənin işğalı altında olan ərazilərdə etiraz aksiyalarının başlaması 2-5 aprel döyüşlərinin bilavasitə ən mühüm nəticələrindən biridir. Ermənistandan gələn xəbərlər göstərir ki, təkcə işğal altındakı ərazilərdə deyil, bütövlükdə təcavüzkar ölkədə hərbi – siyasi böhran əlamətləri müşahidə olunur. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.