Qurban bayramı günlərində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Bayramı günlərində ölkə ərazisində qeyri-sabit, yağışlı hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15, gündüz 17-22 dərəcə isti olacaq.
Azərbaycanın bəzi rayonlarında oktyabrın 4-də yağış yağacaq. Cənub zonasında intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.
Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 12-15, gündüz 17-22 dərəcə isti olacaq.
Rayonlar arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensivləşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-22, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.
Oktyabrın 6-sı Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Temperatur gecə 13-15°, gündüz 17-22° olacaq.
Bölgələrdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensivləşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək. Aran rayonlarında gecə 10-415°, gündüz 17-22°, dağlıq ərazilərdə gecə 1-6°, gündüz 6-10° isti olacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.