Azərbaycan Ukraynadan hərbi nəqliyyat təyyarələri aldı
Ukraynanın “Antonov” dövlət şirkəti ilə Azərbaycan arasında 10 ədəd An-178 təyyarələrinin satışına dair müqavilə imzalanıb.
Ukraynanın “5 kanal”ının verdiyi məlumata görə, tərəflər təyyarələrin 2 il ərzində iki mərhələdə tədarük edilməsi barədə razılığa gəlib.
Əvvəlcə 2, daha sonra isə 8 təyyarənin Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müqavilənin məbləği açıqlanmır. Yalnız ilkin ödənişin edildiyi məlumdur.
Qeyd edək ki, An-178 hərbi nəqliyyat təyyarəsidir və ilk uçuşunu 2015-ci ildə həyata keçirib. Hava gəmisi 18 tona qədər yük daşımaq qabiliyyətinə malikdir.
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko bir həftə əvvəl “Antonov” zavodunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevlə “Antonov” təyyarələrinin satışı barədə razılığa gəldiklərini açıqlayıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.