banner
banner

Hərbİ

Azərbaycan Rusiyadan 10 ədəd MS-21 təyyarəsi alacaq

Azərbaycan Rusiyadan 10 ədəd MS-21 təyyarəsi alacaq

Rusiyanın "İlyuşin Finans" lizinq şirkəti və "Azərbaycan Hava Yolları" 10 ədəd MS-21 təyyarəsinin tədarükü haqqında memorandum imzalayıb.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, sənəd Azərbaycanın baş nazirinin birinci müavini Eyyub Yaqubov və Rusiya baş nazirinin müavini Dmitri Roqozinin iştirakı ilə imzalanıb.

Sənədi "İlyuşin Finans" şirkətinin baş direktoru Aleksandr Rubtsov və "Azərbaycan Hava Yolları" QSC-nin baş direktoru Cahangir Əsgərov imzalayıb.

A.Rubtsovun sözlərinə görə, yaxın gələcəkdə müqavilə böyük partiya təyyarə üçün imzalanarsa, təlim mərkəzinin Bakıda olacağı istisna olunmur.

MS-21 təyyarəsi (XXI əsrin magistral təyyarəsi) "İrkut" korporasiyası tərəfindən hazırlanır və yığılır. Bu Rusiyanın ilk yaxın-ortamagistral təyyarəsidir. Təyyarənin ilk tədarükü 2018-ci ilin 4-cü rübündə nəzərdə tutulub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.