"Victoria’s secret"in keçmiş modeli Miranda Kerr artıq Yeni il hədiyyəsini alıb.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, müğənni Castin Biber və aktyor Orlando Blum arasında mübahisələr açan model hazırda heç kimlə birgə olmadığı üçün əks cinsinin diqqətindədir.
Avstraliyalı gözəlin yeni aşiqi olduğu deyilən milyarder Ceyms Parker ona 100 min dollar dəyərində hədiyyə göndərib. Mənbə bildirir ki, "hər bir qızın xəyalı ola biləcək bu hədiyyə" qızıl sırğa və brilliantdan ibarətdir.
Yay tətilində də milyarderlə bir yerdə istirahətdə olan model keçmiş əri Orlanda Blumla da dost kimi əlaqə saxlayır. O, Yeni ildə bayramı keçirmək üçün bir araya gələcəklərini qeyd edib. Bu barədə Orlanda da məşhur aparıcı Ellenin verilişində fikir bildirib:
"Biz ailəyik və həmişə bir birimizi dost kimi sevəcəyik. Həyatda həmişə dost olacağıq. Oğlumuz Flinn üçün də bu vacibdir".
Qeyd edək ki, 2010-cu ildə evlənən cütlüyün bir oğlu var. 2013-cü ildə isə onlar ayrıldıqlarını elan ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.