banner
banner

Gündəm

“A.M.A.Y. Abdulla” azadlıqda

“A.M.A.Y. Abdulla” azadlıqda
Ali Məhkəmədə dələduzluqda və mənimsəmədə təqsirləndirilən A.M.A.Y. ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən verilən kasasiya şikayəti üzrə məhkəmə başa çatıb. Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, A.Abdullayevin cinayət işində Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddələri hissəsinə xitam verilib. Məcəllənin 70-ci maddəsi tətbiq edilib, o, 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.

“Yeni Müsavat”ın 3 iyun tarixli sayında “A.M.A.Y. Abdulla” azadlığa çıxa bilər" sərlövhəli yazı dərc olunub.  Həmin yazıda A.Abdullayevlə ittiham tərəfinin razılaşma əldə etməsindən söhbət açılırdı. Bildirilirdi ki, ilk belə razılaşma ibtidai istintaq dövründə əldə olunub və sonradan pozulub. Həmin razılaşmaya görə, A.Abdullayev ittiham aktında mənimsədiyi kimi göstərilən 3,5 milyon manatı büdcəyə ödəməli, bunun müqabilində barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilməli idi. 
 
Qanunvericilik də buna imkan verirdi. Külli miqdarda mənimsəmə faktı üzrə cinayət işi başlanıbsa, mənimsənilən məbləğ tam ödənildikdə belə cinayət işinə xitam verilmir, sadəcə, həmin şəxs barəsində daha yüngül cəza tədbiri seçilir və məhkəmədə ziyanın ödənilməsi “yüngülləşdirici” hal kimi nəzərə alınır.

Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu A.M.A.Y.  MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.  
 
O, Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayev apelyasiya şikayəti verib. Dekabrın 11-də Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra A.Abdullayev kasasiya şikayəti verib və şərti olaraq azad edilib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.