banner
banner

Gündəm

Ramazanda əfv olacaqmı...

Ramazanda əfv olacaqmı...
Ramazan ayının gəlişi ilə əfv məsələsi yenidən aktuallaşıb. Gələn ayın əvvəllərinə təsadüf edəcək bayramla bağlı əfv verilmə ehtimalları var. Buna səbəb isə bu ayın 15-də qüvvəyə minəcək Milli Məclisin qəbul etdiyi amnistiya aktının əksər siyasilərə şamil olunmamasıdır. 
Belə ki, amnistiyada az ağır cəzası olanlar azadlığa çıxacaq. 
Bu da ağır cinayətlərdə ittiham olunan siyasilərin bu prosesdən kənarda qalacaqları anlamına gəlir. Hakimiyyətin isə bu problemi aradan qaldırmaq üçün yeganə yolu qalır ki, o da əfv sərəncamının verilməsidir.
Çünki REAL sədri İlqar Məmmədov başda olmaqla, siyasi məhbuslar hazırda ölkə iqtidarı üçün ciddi başağrısına çevriliblər. Ayın 20-24-də Strasburqda keçiriləcək AŞPA-nın yay sessiyasının nəticələrinin də Azərbaycanda əfv məsələsinə ciddi təsir edəcəyi istisna olunmur. 
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı əfv veriləcəyinə inanmır:
“Mart ayında verilən əfv sərəncamından sonra bir necə siyasi məhbus Ali Məhkəmə qərarı ilə azad edildi. Siyahımız kifayət qədər azaldı. İyun ayındakı AŞPA sessiyası ərəfəsində əfv gözlənilmir. Amnistiya ilə bağlı Milli Məclis qərar qəbul edib və bu proses tədricən gedəcək. Amma əfv gözlənilmir”.
İşçi Qrupunun daha bir üzvü Mirvari Qəhrəmanlı tamam əks fikir söyləyərək, əfv gözləntilərindən danışdı:“Mənim üçün ədalətsiz həbs olunanlar daha çoxdur. Çox arzu edərdim ki, Ramazan bayramında əfv olsun. Ora yalnız siyasilər deyil, ədalətsiz həbs edilən hər kəs düşsün. Açığı AŞPA sessiyasının təsiri ilə hansısa bir hadisənin baş verəcəyini düşünmürəm. Çünki hazırda ölkədə bu yöndə proseslər gedir. Həbsdəki tanınmış siyasilər tədricən azad olunmağa başlayıblar. Ramazan ölkədə hər kəs üçün əhəmiyyəti daşıyan dini bayramlarımızdan biridir. Proseslər belə davam etsə, beynəlxalq təşkilatlar özlərini ədalətli aparsalar, ümidverici qərarların şahidi olacağıq. Mən beynəlxalq təşkilatların əməyini itirmirəm, amma verdikləri qərarlarda bəzi nüansları nəzərə alsalar, həbsdəkilər üçün nəticələri olar. Düşünürəm ki, Ramazan bayramında əfv ola bilər. Bu da daha çox siyasilərə şamil olunar. Çünki gedən proseslər bunu deyir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.