banner
banner

Gündəm

"Formula-1 izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə..."

"Formula-1 izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə..."

Prezident deyib ki, “Formula-1” bunu turizm imkanlarını dünyaya təqdim etmək üçün ən yaxşı yoldur. 

"Bu gün bizim aramızda yaxşı əməkdaşlıq mövcuddur. Azərbaycan Avropa İttifaqına üzv olan 8 ölkə ilə strateji tərəfdaşlıqla bağlı sənədləri imzalayıb və ya qəbul edib. Bu, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının ümumi formatı üçün yaxşı əsasdır. Turizm potensialı əməkdaşlıq sahələrindən biridir".
ANS PRESS-in məlumatına görə, bunu Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev deyib.
"İki həftədən az müddətdə başlayacaq “Formula-1” ölkəmizə böyük diqqət cəlb edəcək. Beş yüz milyon insan bu yarışı izləyəcək və bu, şəhər halqası olduğundan onlar təkcə stadion və avtomobilləri deyil, inkişaf etmiş Bakı şəhərini görəcəklər. Ümid edirəm ki, hətta yarışı izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə, bu, bizim turizm sənayesi üçün böyük əhəmiyyət kəsb edəcək. Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var - əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, “Formula-1” bunu etmək üçün ən yaxşı yoldur", - deyə prezident bildirib.
 
Daha sonra İlham Əliyev Azərbaycanda keçirilən Avropa Oyunlarına da toxunub:
 
"Ötən il biz Bakıda Olimpiya Hərəkatının tarixində ilk dəfə olaraq birinci Avropa Oyunlarına ev sahibliyi etdik. Oyunlar çox uğurlu oldu. 2017-ci ildə biz IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Bu, onu göstərir ki, Azərbaycan İslam mədəniyyətinin bir hissəsi olan və eyni zamanda, Avropa təsisatları və ölkələrinə yaxından inteqrasiya etmiş bir ölkədir".
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.