Rol aldığı "Hadi inşallah və "Kardeşım benim" filmlərindən 3 milyon 318 min lirə qazanan müğənni Murat Boz üçüncü filminin çəkilişlərinə hazırlaşır.
O, "Dönerse Senindir" romantik komediya filmində rol alacaq. Ekran işində Bozun tərəf müqabili İrem Sak və Yasemin Allendir. Erol Özlevinin rejissoru olduğu "Dönerse senindir"də Bozla Alllen sevgili olacaqlar.
Murat Bozun üçüncü dəfə baş rolunu oynayacağı növbəti film gələn ilin yanvar-fevralında kinosevərlərə təqdim ediləcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.