banner
banner

Dünya

Kürdlər PKK-ya lənət yürüşü keçirdilər - TERRORA ETİRAZ, VİDEO

Kürdlər PKK-ya lənət yürüşü keçirdilər -

Türkiyədə bir gün əvvəl baş verən partlayışdan sonra kütləvi etirazlar baş qaldırıb. Mardindəki dünənki etirazlara 5 mindən çox adam qoşulub.

ANS TV-nin məlumatına görə, iştirakçılar partlayışın baş verdiyi Midyat rayonunda bir araya gəliblər. Yüzlərlə etirazçı əllərində türk bayraqları terrora lənət yağdıriblar və PKK əleyhinə şüarlar səsləndiriblər. Onlar “Lənət olsun PKK-ya” şüarı ilə Midyat rayon baş polis idarəsinin binası önünə gəlib, buradan hökumət evinə doğru yürüş ediblər.

Aksiyada diqqət çəkən məqam isə yürüş iştirakçılarının hamısının kürd olmasıdır. Beləliklə, məlum olur ki, kürdlər heç də Abdullah Ocalanın və ya PKK, PYD və YPG-nin yanında deyillər

Aksiya iştirakçısı Veysi Atakul deyib: “Bu, dövlətimizə, müsəlmanlara qarşı törədilən bir hücumdur. Biz vətənimizi və müsəlmanlığı təmsil edirik. Lazım gələrsə, polisin bəs etmədiyi yerdə biz də döyüşərik”.

Aksiya iştirakçısı Burhanəddin Nayır isə deyib: “PKK-nı pisləyirik. Bunlar başımıza bəla oldular. Əsgərlərimizə, polislərimizə, qadın və uşaqlarımıza hücum edirlər. Allah onlara bunun cəzasını versin.”

Terrora qarşı xalq yürüşlərinin yaxın günlərdə Türkiyənin müxtəlif şəhərlərində də davam edəcəyi gözlənilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.