Türkiyəli model Çağla Şikel yaxın dostunun ad gününü qeyd etmək üçün restoranlardan birinə yollanıb.
Restorandan çıxarkən model jurnalistlərin suallarını cavablandırıb.
O, Alişanın "Ölümsüz aşklar" adlı mahnısına çəkdirdiyi klipdəki obrazından danışıb.
Çağla "Alişanın klipində çəkilməyi mən istədim. Bir gün çəkiliş meydançasında ekran işi üçün qız axtardığını eşitdim. "Niyə məni çəkmirsən" dedim. Əvvəlcə Alişan təəccübləndi, sonra razılaşdıq. Klipdəki yaxınlaşma səhnəsində ikimizdə çətin anlar yaşadıq" deyə, bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.