Bakıda dilənməyə məcbur edilən uşaqlara tez-tez rast gəlinir. Onların çox hissəsi qaraçılardır. "Şəbəkə" verilişində dilənən uşaqlarla bağlı bir neçə foto yayımlayıb. Sosial şəbəkədə paylaşılan görüntülərdən biri İnşaatçılar metro stansiyasının yaxınlığında çəkilib. Tütək çalan balacanın adı Şahindir və onun 14 yaşı var. O, tütək çalmaqla diqqətləri özünə çəkir.
Özünün bildirdiyinə görə, gündəlik qazancı təxminən 30-50 manat arası dəyişir. Ailədə 4 nəfərdilər və ailənin hər üzvü dilənir. Ailə bir ay ərzində orta hesabla təxminən 5 min manata yaxın gəlir əldə edir.
Şahinin sözlərinə görə polisi görəndə qaçır. Ətrafda işləyənlər isə bildirir ki, Şahinin anası hər 1 saatdan bir gəlib uşağın qarşısındakı qutudan pulları yığıb aparır.//ANS
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.