Qalmaqallı sabiq deputat Baba Tağıyevin “Avropa qapıları” keyfiyyətsiz materiallar satmaqla istehlakçıların hüquqlarını pozur. Axar.az-a verilən məlumata görə, şirkətin vətəndaşları aldatması ilə bağlı Vergilər Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə çoxsaylı müraciətlər daxil olub.
Hər iki nazirlikdə sabiq deputatın şirkəti barəsində dosye hazırlanıb və araşdırmalar aparılır. Bu araşdırmaların nəticəsindən asılı olaraq cərimə tətbiq oluna bilər.
Yada salaq ki, daha əvvəl İqtisadiyyat və Sənaye Nazirliyi şirkətə qarşı 4 min manat cərimə tətbiq edildiyinə dair məlumat yaymışdı. Əldə etdiyimiz məlumatda deyilir ki, şikayətlərin ardı-arası kəsilmir deyə, araşdırmalar yenidən davam edir.
Şirkətin rəsmi saytında isə qeyd olunub ki, xammal istehsal və komplektləşdirmə üçün tələb olunan məhsullar, lak-boya materialları, həmçinin aksessuarlar xaricdən alınır. Siyahıda İtaliya, Türkiyə, İran, Rusiya və Gürcüstan kimi dövlətlərin şirkətləri ilə əməkdaşlıqdan bəhs olunur. Ancaq həmin firmaların adları açıqlanmır. Xəbərlərə görə, xammal kimi istifadə edilən zərərli ağaclar Rusiyadan idxal olunur. Bu ağac materialları zərərli olduğundan Rusiyanın mebel sənayesində istifadəsinə icazə verilmir.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov da “Gundelik-baku.com”a bildirmişdi ki, “Avropa qapları"ndan ardıcıl şikayətlər daxil olur:
“Dövlət orqanları bu şirkətin keyfiyyətsiz məhsullarının öhdəsindən gələ bilmir. Onlar vətəndaşlara saxta ödəniş qəbzi verməklə, istehlakçıların hüquqlarını pozmaqla, müqavilə şərtlərini yerinə yetirməməklə fərqlənirlər. Dəfələrlə Vergilər Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilib”.
B.Tağıyev isə biznesdən 8 ildir uzaqlaşdığını qeyd etsə də, “Avropa qapıları”na qeyri-rəsmi şəkildə nəzarət edir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.