banner
banner

Hərbİ

Ombudsman cəbhə bölgəsində hərbi hissələrdə olub

Ombudsman cəbhə bölgəsində hərbi hissələrdə olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il 18 iyun İnsan Hüquqları Günü kimi qeyd edilir.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu gün ərəfəsində Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı respublikanın qərb bölgəsində səfərdə olub.

Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələri, o cümlədən ön xətdə döyüş növbəsi çəkən bölmələri ziyarət edərək hərbi qulluqçuların vəziyyəti, xidməti və sosial-məişət şəraiti, göstərilən tibbi yardım, qidalanma rejimi və digər məsələlərlə tanış olub, əsgər və zabitlərin mənəvi-psixoloji durumu ilə maraqlanıb. Hərbi qulluqçularla keçirilən görüşlərdə insan hüquqları, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar söhbətlər aparılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.