Təhsil eksperti hərbi xidmətə möhləti təqdir edir, amma...
Milli Məclis iyunun 15-də bakalavr, magistrlərə və doktorantlara hərbidən möhlət hüququ tanıyan qanun dəyişikliklərini təsdiqlədi. Dəyişikliklər prezident İlham Əliyev qanunu imzaladıqdan sonra qüvvəyə minəcək.
Təhsil Şurasının sədri Əjdər Ağayev qəzetimizə açıqlamasında əsas qərarın qəbulu deyil, onun düzgün yerinə yetirilməli olduğunu bidirdi:“Magistratura və doktorantura səviyyəsində hərbi möhlətin ləğv edilməsi məsələsi gündəmə gələn dövrdən mən Milli Məclisin indi qəbul etdiyi qərarın təklifini vermişdim. Qeyd eləmişdim ki, bakalavr pilləsini oxuyan, qurtaran, yaşı çatmış insanlar hərbi xidmətə getsin. Amma magistraturaya, doktoranturaya daxil olan insanlar təhsilini başa vursunlar. Ondan sonra hərbi xidmətə gedə bilərlər. Çünki magistraturaya daxil olan insanların sayı azdır, çox deyil. Az say orduya heç nə gətirmir. Amma onların içərisində 3-5 nəfər elmə faydalı adamlar ola bilər ki, onların da təhsillərini davam etdirməsi daha faydalıdır. Onların içərisində, ola bilər ki, daha görkəmli şəxslər çıxsın və onların ixtira və kəşfləri orduya 100 adamın getməsindən daha artıq fayda versin. Mən Milli Məclisin bu qərarını razılıqla qarşılayıram ki, heç olmasa, qaldırılan ictimai fikrə dayaqlı yanaşdılar və o fikri qəbul etdilər”.
Ə. Ağayev bu qərarın faydasının çox olacağını dedi: “Gərək elmə gələn gənclərin seçimi düzgün aparılsın ki, bundan sui-istifadə olunmasın. Kimsə öz uşağını gətirib magistraturaya, doktoranturaya daxil edim ki, əsgərliyə getməsin kimi yanaşmasa, həqiqi mənada elmə fayda verəcək istedadlılar, yüksək nailiyyət göstərənlər elmə gəlsə, yaxşı olar və bu qərar öz əhəmiyyətini göstərır. Əks təqdirdə, bu sui-istifadə məqsədi daşıyarsa, möhlət verməyin elm üçün əhəmiyyəti ola bilməz. Yəni məsələ təkcə qərarın qəbulu deyil, düzgün yerinə yetirilməsidir. Yəqin ki, bu təhsil, elm sayəsində tamlığı, davamlılığı elmi nailiyyətlərə doğru gedənlərin sayının artmasına kömək edəcək. Mən bu məsələyə elmi prinsiplərlə yanaşıram. Əgər kimsə bu qərardan istifadə edib oğlunu əsgərlikdən saxlamaq üçün elmi təşkilatlarda vəzifəyə gətirəcəksə, bu ziyanlıdır. Əgər həqiqi mənada elm sahəsində bacarığı olan insanlar daxil olacaqsa, təbii ki, faydalı olacaq. Burada da faydalılıq mövqeyi gözlənilməlidir. Mətbuat, ictimai fikir ayıq-sayıq olmalıdır ki, bu faydalı qərarın yerinə yetirilməsi necə təşkil olunur. Əgər biz olmasaq kimlərsə, bundan öz övladlarının xeyrinə istifadə edərsə, onda biz ayıq olmalı, deməliyik ki, biz bunu bu cür deməmişdik, qərar düzgün yerinə yetirilmir”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.