ATƏT təmas xəttində kameralar yerləşdirəsi olmadı - PUL TAPILMIR
Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu insidentlərin araşdırılması mexanizminin tətbiqi təxirə salınır.
Bu haqda Ermənistan mətbuatı yazıb. Bildirilir ki, ATƏT bu mexanizmlərin tətbiqi üçün zəruri vəsait tapa bilməyib.
Mexanizmlərin tətbiqi üçün ciddi məbləğ tələb olunur, çünki bunun üçün yüzlərlə kilometr uzunluqda təmas xətti boyu xüsusi texniki avadanlıqlar yerləşdirilməsi və onlara vaxtlı-vaxtında texniki xidmət göstərilməlidir. “Zəruri maliyyələşmənin tapılması üçün xeyli vaxt lazım olacaq. Hakimiyyət narahatdır ki, insidentlərin araşdırılması mexanizmləri bu il tətbiq edilməyəcək”-“Aykakan jamanax” qəzeti yazır.
Bildirilir ki, təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi mümkün olmadığından prezidentlərin iyunun 20-də Sankt-Peterburqda keçiriləcək görüşündən irəliləyiş gözləməyə dəyməz.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.