Erməni hərbçilər arasında kütləvi dava DÜŞMƏN TƏRƏF
Erməni hərbçilər arasında insident baş verib.
Azvision.az bildirir ki, hərbi polis zabiti ilə "DQR" ordusunun 4 zabiti arasında əlbəyaxa dava olub.
Hərbi polis əməkdaşı "DQR" zabitlərinin olduğu avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün saxlayıb.
Avtomobili saxlayan hərbi polis onları yanına çağırıb. Bundan əsəbiləşən 4 zabit - mayor Ara Zaxaryan, leytenant L.Sahakyan, baş-leytenant K.Martirosyan və leytenant D.Anaxasyan hərbi polis zabiti A. Matevosyan ilə mübahisə edib. Sonra onlar arasında dava olub.
Faktı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib. Bildirilib ki, 4 zabit birləşərək hərbi polis zabitini döyüb.
Hazırda hərbi polis zabiti hospitala yerləşdirilib. Onun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.