Aktrisa Ancelina Coli radio-şoulardan birində qonaq olub. Aktrisa 6 uşağından heç birinin valideynlərinin sənətlərini davam etdirmək istəmədiklərini deyib. Coli uşaqlarının xarici dillərə marağından danışıb. "Mən onlardan hansı dili öyrənmək istədiklərini soruşdum. Şaylo Kambocada danışılan kxmer dilinə maraq göstərdi. Paks vyetnamca öyrənir. Meddoks alman və rus dilini, Vivyen ərəb dilini öyrənir. Noks isə işarət dili ilə məşğuldur". Aktrisa uşaqlarının ümumilikdə 7 dildə danışa bildiklərini vurğulayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.