banner
banner

Hərbİ

ANAMA: Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub

ANAMA: Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub

Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Agentlikdən bildirilib ki, iyunun 18-də 1 ev və həyətyanı sahə, 8 əkin sahəsi, 14 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 31 870 kv.m ərazi təmizlənib.

Məlumata görə, Tərtər rayonunun Cəmilli kəndində 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib və 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, 8 min kv.m ərazi yoxlanılıb.

Şıxarx kəndində 1 ev və həyətyanı sahədə, 1 partlayış yerinə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 9 min kv.m ərazi yoxlanılıb.

Ağdam rayonunun Zəngişalı kəndində 1əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 4 min kv.m ərazi yoxlanılıb.

Rayonun Qaradağlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 2 min kv.m ərazi yoxlanılıb.

Mahrızlı kəndində isə 1əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib, nəticədə 6 min kv.m ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərində 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, 2 870 kv.mərazi yoxlanılıb.

Hazırda Agentlik tərəfindən yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ANAMA aprelin 7-dən iyunun 18-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində616 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. Bu ərazilərdən 1 536 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.