Ermənistandan Azərbaycana döyüş sursatı göndərilib RƏSMİ
Ermənistan mətbuatı ölkənin gömrük statistikasına istinad edərək ötən il bu ölkədən Azərbaycana döyüş sursatının göndərildiyini aşkar edib.
Virtualaz.org xəbər verir ki, bu maraqlı fakt barədə “Aravot” qəzeti yazır.Ermənistanın Dövlət Gəlirləri Xidmətinin statistikasına əsasən 2015-ci ildə Azərbaycana döyüş sursatı “ixrac edildiyi” bildirilir.
Xidmət bu statistikaya aydınlıq gətirərək bildirib ki, 2015-ci ildə Ermənistanın güllə atıcılığı üzrə yığma komandası Bakıda keçirilən Avropa Oyunlarında iştirak edib və komanda özü ilə bərabər Azərbaycana 5.6 mm kalibrli 400 ədəd patron aparıb. Gömrükdə bu sursatın dəyəri 84.55 dollar göstərilib.
Qəzet statistikanı araşdıraraq bu faktı da müəyyən edib ki, 2014-cü ildə Azərbaycandan Ermənistana xalça aparılıb. Dövlət Gəlirləri Xidməti bu faktda da yazılı aydınlıq gətirib, bildirib ki, Ermənistanın qədim əlyazmalar institutu Matenadaran 15.10.2014-cü il tarixdə mədəni dəyər olaraq ABŞ-dan 3.17 kvadratmerlik, dəyəri 596.45 dollar olan xalça əldə edib. Bu xalça 1940-50-ci illərdə toxunub, malın mənbəyi Azərbaycan olduğu üçün gömrük sənədlərində də xalça Azərbaycan malı kimi göstərilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.