banner
banner

Gündəm

"Formula 1": komanda və pilotlarının xərcini kim ödəyib?

"Formula 1": komanda və pilotlarının xərcini kim ödəyib?

“Adətən pilotlar yollardan şikayətlənirlər. Lakin Bakıda vəziyyət başqadır. Bütün yarış iştirakçıları məmnun qalıblar”.

Bunu ANS TV-nin “Hesabat” verilişində sualları cavablandıran "Formula 1" yarışlarının rəhbəri Berni Ekkilstoun deyib.

"Formula 1" yarışları keçirən ölkələrin bu yarışlardan nə kimi qazanc əldə edəcəyinə toxunan Berni Ekkilstoun "Formula 1"-in də kifayət qədər yarışlara vəsait sərf etdiyini bildirib.

“Burada təkcə gəlir əldə etməkdən söhbət getmir. Biz özümüz də külli miqdarda vəsait sərf edirik. Komanda və pilotların hər birinin xərclərini özümüz ödəyirik. Hesab edirəm ki, bunun ölkə üçün böyük əhəmiyyəti var. Çünki "Formula 1"-in başlamasına qədər bir çoxları Bakı haqqında heç bir məlumata malik deyildi. Əminəm ki, tanınmaq daha vacib olan amildir”,-deyə yarışın rəhbəri sualları cavablandırarkən deyib.

"Formula 1" yarışlarının Bakıda keçirləməsinin məhz onun qərarı olduğunu söyləyən Berni Ekkilstoun bu yarışı keçirmək üçün bir neçə ölkənin müraciət etdiyini, bu bölgəni çox bəyəndiyini və seçimin onun qərarına əsasən edildiyini əlavə edib. Daha sonra o, bu yarışların 5 il Bakıda keçirilməsinin məcburi olması məsələsinə toxunaraq əminliklə vurğulayıb ki, "Formula-1" daha 5 il müddətinə ölkəmizdə keçiriləcək.

“Dəqiq bilirəm ki, biz 5 il burdayıq. Əminəm ki, 5 il bitəndən sonra bu rəqəmin üzərinə daha 5 ildə əlavə olunacaq”,- deyə Ekkilstoun vurğulayıb.

Qonaq Bakının indiyə kimi bu yarışların keçirildiyi ölkələr siyahısında ilk beşlikdə qərarlaşdığını qeyd edib. Ölkəmizdə keçirilən yarışları Şimali Amerika və Braziliyadakı yarışlarla müqayisə edən Berni Ekkilstoun Bakının bu ölkələrdə keçirilən yarışları geridə qoyduğunu diqqətə çatdırıb.

Daha sonra cavanlğının və gümrahlığının sirri haqqında verilən sualı cavablandıran "Formula 1" rəhbəri, heç bir xüsusi reseptin olmadığını, heç məşq də etmədiyini, lakin siqaret və içkidən hər zaman uzaq durduğunu bildirib. Ölkəmizdəki mehribançılıqdan, qonaq pərvərlikdən ağız dolusu danışan qonaq Bakıya həyat yoldaşı ilə birgə gəldiyini söyləyib. Bakıda olmaqdan xoşbəxtlik keçirdiyini bildirən Ekkilstoun şəhərimizin memarlıq üslubunu çox bəyəndiyini söyləyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.