banner
banner

Sağlamlıq

Ədviyyatlar xərçəngdən qoruyur

Ədviyyatlar xərçəngdən qoruyur

Bütün dünyada ədviyyatların orqanizmə olan müalicəvi təsiri çoxdan sübut olunub.

Ədviyyatlar antioksidant maddələrlə zəngindir. Həkimlər tez-tez təkrarlayır ki, 1 çimdik ədviyyatlarda olan antioksidantlar 1 boşqab meyvə və ya tərəvəzdə daha çoxdur.

Antioksidantlar orqanizmdə gedən qocalma prosesləri ləngidir, bərpa prosesləri sürətləndirir, cavanlığı və sağlamlığı qoruyur, bir çox xəstəliklərin profilaktikasında əsas rollardan birini oynayır.

Ədviyyatların insan sağlamlığı üçün faydaları arasında:

- Qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır. Damarlarda yığılan "pis" xolesterin ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir. Sarıkök və darçın xüsusilə güclü xolesterin əleyhinə təsirə malikdir.

- İltihabları müalicə edir. Zəncəfil, mixək, darçın ən effektli iltihabəleyhinə ədviyyatlardır. Onlar qan dövranını sürərləndirir, orqanizmə güclü stimullaşdırıcı və tonuslaşdırıcı təsir edir, orqanizmin daxili imkanları səfərbər edir ki, nəticədə iltihab daha tez keçir.

- Ağrıları azaldır. Bir çox ədviyyatlar bu təsirə malikdir. Məsələn, zəncəfil menstruasiya ağrıları,vanil, darçın baş ağrıları, istiot əzələ və oynaq ağrıları xeyli azaldır.  

 

- Arıqlamağa kömək edir. Ədviyyatlar mübadilə prosesləri stimullaşdırır. Bu isə daha tez arıqlamağa kömək edir.

- Hormonal fonu tənzimləyir. Zəfəran qadin cinsiyyət sisteminə çox müsbət təsir edir, menstrual dövrünün tənzimlənməsinə kömək edir, klimaks zamanı qadının vəziyyətini yaxşılaşdırır.

- Xərçəngdən qoruyur. Sübut olunub ki, ədviyyatlarda olan antioksidantlar güclü xərçəngəleyhinə təsirə malikdir. Alimlər ədviyyatları xərçəngin profilaktikası məqsədi ilə istifadə etməyi tövsiyə edirlər.

Beləliklə, sağlamlığınızı və cavanlığınızı qorumaq istəyirsinizsə, ədviyyatlardan daha tez-tez istifadə edin.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.