Şəxsi heyət düşmən mövqelərini yarıb keçdi – cəbhə zonasında hərbi təlimlər
Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan məqsədlərə çatmağa tam qadirdir və bu gün keçirilən hərbi təlimlər bunu bir daha təsdiqləyir. Təlimlər bütün hədəflərin dəqiq vurulması ilə döyüş hazırlığının yüksək olduğunu göstərir.
Kəpəz TV (Region TV) xəbər verir ki, təlimlərdə qoşunların idarəetmə orqanları, qoşun birləşmələri və hərbi hissələrin operativ-taktiki hazırlığı yoxlanılıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25 min nəfərlik şəxsi heyət, 300-dən çox tank, zirehli döyüş maşınları, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviyasiya, 30-dan çox hava hücumundan müdafiə sistemləri cəlb edilib. Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də müəyyən edilən hədəflərin dəf edilməsində iştirak edib.
Azərbaycan ordusunun arsenalında olan ən müasir silahlardan istifadə etməklə keçirilən təlimlər ilk dəfə olaraq, havadan pilotsuz uçan aparatlar vasitəsilə də izlənilib.
Təlimlərin əsas məqsədi qoşunların və döyüş sistemlərinin idarə olunması vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ağır şəraitdə müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsini artırmaq olub.
Zakir Həsənov- Müdafiə naziri: “Mənim tərəfimdən baş qərərgah qarşısında vəzifə qoyulubdur ki, bütün təlimlər maksimal olaraq döyüş şəraitinə yaxın vəziyyətdə keçirilsin. Qarşımızda duran düşmən, onun mövqeləri - bu gün keçirilən təlimlər də tam ona uyğun qurulmuşdur. Praktiki olaraq bizim şəxsi heyət həmin mövqeləri yarıb keçirdi. Bilirsiniz ki, artıq təcrübəmiz var. Biz onu bir saata yardıq keçdik. Ancaq təbii ki, biz gərək bu təcrübəni təkmilləşdirək”.
Təlimlərdə iştirak edən bütün qoşun növləri qarşıya qoyulan vəzifəni tam olaraq yerinə yetirərək şərti düşmən mövqelərini yüksək dəqiqliklə darmadağın ediblər.
Zakir Həsənov- Müdafiə naziri: “Təbii ki, biz bunu təhlil edəcəyik. Hansı məsələlər daha səmərəli, daha yüksək səviyyədə, daha operativ, çevik həll olunmalıdır. Biz onunla bağlı göstərişlərimizi verəcəyik. Ancaq bu gün mən ümumilikdə təlimi yüksək qiymətləndirirəm. Və hesab edirəm ki, bu yarım ildə, 6 ayın bir nəticəsi olaraq, bu təlimlərin qiyməti yüksəkdir”.
Müdafiə naziri Zakir Həsənov ali baş komandan İlham Əliyevin rəhbərliyi altında modernləşən ordunun arsenalındakı silahlarla dünyanın aparıcı dövlətlərinin silahlı qüvvələri səviyyəsində olduğunu da açıqlayıb. Təlimlərin yekunu olaraq fəqrlənən hərbi qulluqçular müdafiə naziri tərəfindən mükafatlandırılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.