banner
banner

Hərbİ

Sərkisyan Füzulidə, Lələtəpə istiqamətində

Sərkisyan Füzulidə, Lələtəpə istiqamətində

Son məlumata görə bu gün Qarabağa gələn Ermənistan prezidenti Serj Sərkisyan birbaşa təmas xəttinə yola düşüb və cəbhənin cənub istiqamətinə (Füzuli-Cəbrayıl) gəlib.

Sərkisyan orada erməni qüvvələrinin yüksək rütbəli zabitlərinin iştirakı ilə müşavirə keçirib, təmas xəttinin həmin istiqamətindəki vəziyyəti müzkirə edib.

Xatırladaq ki, aprel döyüşlərində Azərbaycan ordusu təmas xəttinin cənub istiqamətində də düşmənin müdafiə xəttini yararaq onu geri oturdub, stratji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad edib.

*   *   *21:41

Ermənistan prezidenti Serj Sərkisyan bu gün günün ikinci yarısında Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və çatan kimi təmas xəttinə yola düşüb.

virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sərkisyanın təmas xəttinin hansı istiqamətində olduğu açıqlanmır. Qondarma Qarabağ erməni rejiminin təmsilçisi David Babayan deyib ki, Sərkisyan sabah da bəzi tədbirlərdə iştirak edəcək. Və səfər haqda daha sonra açıqlama veriləcək. Bununla belə Babayan bu səfərin prezidentlərin Sankt-Peterburq görüşünün nəticələri ilə bağlı olmadığını, "ümumi xarakter daşıdığını" deyib.

 

*   *   *15:17

Ermənistan prezidentinin mətbuat xidməti Serj Sərkisyanın bu gün Qarabağa yola düşdüyünü təsdiqləyib. Erməni KİV-lərinin xəbərlərinə görə Sərkisyanın səfəri “işçi” xarakteri daşıyır, lakin onun işğal altındakı Azərbaycan ərazilərinə hansı məqsədlə yola düşdüyü göstərilmir.

*   *   *14:41

Ermənistan prezidenti Serj Sərkisyan  bu gün iyunun 22-də Dağlıq Qarabağa gələcək. Virtualaz.org xəbər verir ki, bu haqda “İnterfaks” diplomatik mənbəyə istinadən bildirir. Mənbə deyib ki, Sərkisyan tanınmayan “DQR”in rəhbərliyi ilə görüşəcək və işğal altındakı ərazilərin rayonlarına baş çəkəcək.

Virtualaz.org ehtimal edir ki, Sərkisyanın prezidentlərin Sankt-Peterburq görüşünün ardınca Qarabağa gəlməsi orada müzakirə edilən məsələlərlə bağlı qondarma “DQR” rəhbərliyini məlumatlandırmaq, habelə Putinin vasitəçiliyi ilə müzakirə edilən sülh planına dair məqamları yerində araşdırmaq məqsədi daşıya bilər.

Bundan əvvəl Azərbaycan prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Sankt-Peterburqda prezidentlərin münaqişənin mərhələli həlli istiqamətində irəliləmək barədə razılığa gəldiklərini açıqlamışdı.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.