banner
banner

Hərbİ

Ankarada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümü qeyd edilib

Ankarada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümü qeyd edilib
İynun 22-də Azərbaycanın Türkiyədəki  səfirliyi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə Ankarada yerləşən “J.W. Marriott” Mehmanxanasında geniş tərkibli rəsmi qəbul təşkil edlib. 
Səfirlikdən verilən məlumata görə, tədbirdə Türkiyə Respublikasının Elm, sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Hulusi Akar, Baş Qərargah rəisinin müavini Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak, Hava Qüvvələri Komandanı ordu generalı Abidin Ünal və Jandarma Qüvvələrinin baş komandanı ordu generalı Galib Mendi başda olmaqla Türkiyə Respublikası silahlı Qüvvələrinin 43 generalı, tanınmış ictimai-siyasi xadimlər, diaspor nümayəndələrimiz, çox sayda millət vəkili, TR Xarici İşlər Nazirliyi başda olmaqla ölkənin çox sayda rəsmi qurumlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri və çox sayda KİV nümayəndələri iştirak edib.
Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsinin ardından açıq elan edilib.  Ardından Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin Hərbi Attaşesi Polkovnik Müşfiq Məmmədov çıxış edərək qonaqları salamlayıb, ümummilli lider Heydər Əliyevin ordumuzun təşkilatlanma və möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən bəhs edib, Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyevin milli ordumuzla bağlı məqsədyönlü və müvəffəqiyyətli siyasətinə toxunaraq, ordumuzun 2016-cı ilin aprel ayında əldə etdiyi qələbə o cümlədən Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı birmənalı və qətiyyətli mövqeyimiz haqqında tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandırıb.
 
Tədbir zamanı qonaqlara ziyafət verilib.
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.