banner
banner

Hərbİ

Musiqili Teatr əsgərlərə konsert verəcək

Musiqili Teatr əsgərlərə konsert verəcək

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə N saylı hərbi hissənin əsgərləri qarşısında bayram konserti ilə çıxış edəcək.

Axşam.az-ın məlumatına görə, əsgərlər xüsusi olaraq onlar üçün təşkil edilmiş konsert proqramında teatrın repertuarına daxil olan Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, Süleyman Ələsgərov və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyalarından müxtəlif səhnələri izləyə biləcəklər.

Əməkdar artistlər Çingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Nahidə Orucova, “2014-cü ilin aktrisası” seçilmiş Gültac Əlili, Hüseyn Əlili və başqaları maraqlı səhnəcik və musiqi nömrələriylə çıxış edəcəklər.

Qeyd edək ki, konsertin aparıcısı əməkdar artist Əkbər Əlizadə olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.