banner
banner

Dünya

Papa Ermənistandan Türkiyəyə göyərçin uçurdu

Papa Ermənistandan Türkiyəyə göyərçin uçurdu

Katoliklərin lideri Türkiyə ilə sərhəddə olub. 

 

Ermənistanda səfərdə olan Roma Papası Ağrı dağına göyərçin uçurdub. 
 
ANS PRESS-in ermən mətbuatına istinadla verdiyi məlumata görə, o, göyərçini sülh niyyəti ilə havaya buraxıb. 
Səfərinin son günü o Türkiyə ilə sərhəddə yerləşən Xor Virap kilsəsində gedib. Məhz bu ərazidən ermənilərin iddiasında olduğu Ağrı dağa gözəl mənzərə açılır. 
 
Burada da o yalnız olmayıb. Belə ki, Türkiyə ərazisinə göyərçin uçurdanlardan biridə bütün ermənilərin katalikosu II Qaragen olub. 
 
Ermənistan prezidentinin iqamətgahında çıxışı zamanı Roma Papası protokola zidd olaraq növbəti dəfə “erməni soyqırımı” ifadəsi işlədib. Bu isə ciddi narazılığa səbəb olub. Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko Lombardi Roma Papasının “erməni soyqırımı”nı tanıması ilə əlaqədar Türkiyə ilə münasibətlərdə ciddi problem axtarmamağa çağırıb.
 
Roma papası Fransisk və erməni katalikos II Qaregin Eçmiadzində imzaladıqları birgə bəyanatda Dağlıq Qarabağ məsələsinə də toxunublar. Hər iki dini iсma lideri  münaqişənin sülh yolu ilə həll edidəсəyini ümid etdiklərini bildiriblər. "Ümid edirik ki, Dağlıq Qarabağa aid bütün problemlər dinс yolla həll ediləсək". 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.