banner
banner

Hərbİ

“Qarabağ cəbhəsində tufan qabağı sakitlikdir” – rusiyalı hərbi ekspert

“Qarabağ cəbhəsində tufan qabağı sakitlikdir” – rusiyalı hərbi ekspert
“Təmas xəttində heç nə dəyişməyib. Hələlik orada sakitlikdir. Bu, çox yaxşıdır, hərçənd böyük ehtimalla bu, tufanqabağı sakitlıikdir”. Musavat.com-un məlumatına görə, bu barədə tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer erməni portalına müsahibəsində Qarabağ konflikti zonasında son durumu şərh edərkən bildirib.
 
Lakin onun sözlərinə görə, “tufan”ın nə vaxt olacağını söyləmək çətindir. “Hələlik bunu deyə bilmərəm, çünki hərbçilər qərar verir. Mən onun onların operativ planlarını və gizlinlərini bilmirəm. Bu, texniki məsələlərdən, məsələn, zəruri silahların nə vaxt çatdırılmasından asılıdır. Bu gün heç bir əsəbi təşəbbüs uğur gətirə bilməz, nədən ki, ortaq yanaşmalar yoxdur, tərəflər Peterburqda heç bir nəticəyə nail ola bilməyib. Tərəflərin istək və tələbləri uyuşmur. Yəni bu gün hansısa kompromislər mümkün deyil. Başqa sözlə, müəyyən bir tənəffüs yaranıb” – ekspert qeyd edib.
 
Analitikin fikrincə, Rusiya Qarabağ münaqişəsinin kəskinləşməsini istəmir. “Müharibə Amerika və regiondan kənarda olan digər dövlətlər üçün də arzuolunmazdır. Ehtimal ki, hadisələrin sonrakı inkişafını Azərbaycan və Ermənistdandakı daxili situasiya diktə edəcək” – Felqenqauer güman edir.
 
Hərbi ekspert təmas xəttində insidentlərin araşdırılması ilə bağlı mexanizm təklifinə də toxunub. “Deyəsən tərəflər ATƏT müşahidəçilərinin sayını artırmaq barədə razılaşıb. Əvvəl onların sayı 6 olub. İndi bu rəqəm bir qədər artacaq. Ancaq prinsipial olaraq heç nəyi dəyişmir. Donbasda 1000 müşahidəçi var, lakin heç bir rol oynamır, yalnız hadisələri izləyirlər. Müşahidəçilər hərbi əməliyyatların qarşısını ala bilməzlər. Onlar yalnız məruzə yaza bilərlər. Bu – ciddi irəliləyiş deyil. İrəliləyiş o vaxt olardı ki, Qarabağ məsələsinin hər iki tərəf üçün məqbul olan siyasi həll formatı yaradılaydı. Bu gün belə perspektiv yoxdur. Düşünürəm ki, tərəflərdən heç biri hərbi əməliyyatları bərpa etməyə hazır deyil. Ona qədər isə atəşkəs hökm sürəcək” – rusiyalı təhlilçi bildirib.
 
Onun fikrincə, hələlik Moskva və Vaşinqtondan ötrü, ümumiyyətlə, xarici dünya üçün əsas olan odur ki, Qarabağda sakitlik gözlənilsin və bu münaqişə maneəçilik yaratmasın, çünki dünyada çoxlu başqa problemlər var: “İki xalq üçün situasiya tamamilə indi başqadır. Hər iki prezident daxili təzyiq altındadır. Bu təzyiq nəinki prinsipial güzəştlərə getməyə imkan vermir, həm də ön xətdə aktivlik göstərməyə məcbiur edir. Bu üzdən düşünürəm ki, Peterburq görüşündən sonra müəyyən zaman ərzində təmas xəttində sakitlik olacaq, sonra isə, mümkündür ki, avqustda hər şey təzədən başlasın. Ancaq təkrar edirəm, mən tərəflərin operativ planlarından xəbərsizəm. Əgər hərbi əməliyyatlar başlasa, bu, təsadüfi toqquşma xarakteri daşımayacaq, planlaşdırılmış hərəkətlər olacaq”.
 
Rusiyalı hərbi ekspert Azərbaycan cəmiyyətinin prezident İlham Əliyevdən gözləntilərinə də toxunub. “Cəmiyyət ondan məhz savaş gözləyir. Aprel müharibəsindən sonra Azərbaycanda öncə güclü oyanış var idi, sonra isə hərbi əməliyyatların dayanmasına görə məyusluq yarandı. İlham Əliyevə bu xüsusda çox ciddi daxili təzyiq var”, - deyə o, sonda əlavə edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.