banner
banner

Dünya

Avropa Parlamenti Britaniyanı Aİ-dən tez çıxmağa çağırdı

Avropa Parlamenti Britaniyanı Aİ-dən tez çıxmağa çağırdı

Avropa Parlamenti (AP) Avropa İttifaqını (Aİ) Böyük Britaniyanı bu qurumdan çıxmağını rəsmiləşdirməsi üçün Lissabon müqaviləsinin 50-ci maddəsini təxirə salmadan reallaşdırmağa çağırıb.

Trend RİA Novosti-yə istinadən bildirir ki, belə çağırış AP-nin qətnamə layihəsində yer alıb.

Bu sənəd AP-nin Brüsseldə keçiriləcək təcili sessiyasında qəbul olunacaq.

Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, Aİ-nin istənilən üzv ölkəsi qurumun sıralarını tərk etmək hüququna malikdir. Bu prosedurun başlanması üçün həmin ölkə Brüsseli rəsmi olaraq xəbərdar etməlidir ki, danışıqlar prosesi başlasın.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 51,9 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.