banner
banner

Gündəm

Baş nazir İstanbuldakı partlayışdan son anda qurtuldu

Baş nazir İstanbuldakı partlayışdan son anda qurtuldu

Albaniyanın baş naziri Edi Rama İstanbulda Atatürk Hava limanındakı partlayışdan ən son anda qurtula bilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, partlayışdan bir neçə dəqiqə əvvəl baş nazirin təyyarəsinin hava limanına endiyi məlum olub.  

Edi Ramanı mühafizə etmək üçün hava limanında xüsusi əməkdaşlar olub. Onu Türkiyə baş nazirinin qonaqları üçün ayrılmış məkana aparıblar. Baş nazirin sabah Ankaraya gedəcəyi bildirilir.

Baş nazir İstanbula gələndən bir neçə dəqiqə sonra sosial mediadakı hesabında bunları yazıb: “Bu terrorçuların dini, imanı yox, bunların barbarlardan heç bir fərqi yoxdur”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.